İran istehsalı PUA Kiyevi belə vurdu - Ölən və yaralananlar var - ANBAAN VİDEO

media-hightechnic-468x90

Rusiya qüvvələri bu gün səhər tezdən Ukraynanın paytaxtı Kiyevi İran istehsalı olan kamikadze pilotsuz uçan aparatla vurub.

media-banner_tuq

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna ordusu da öz növbəsində uzun lüləli silahlarla şəhərin üzərində uçan dronlara müdaxilə etməyə çalışıb.

Hadisə nəticəsində 1 qadın ölüb, 3 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Kiyev meri Vitali Kliçko sosial media hesabından verdiyi açıqlamada, paytaxtın Şevçensk rayonunda iki ayrı partlayışın olduğunu bildirib: “Bir çox binaya ziyan dəyib. Ekipajlar hadisə yerindədir” deyə qeyd edib.

Regional hərbi administrasiyanın prezidenti Aleksey Kuleba, Rusiyanın İrandan aldığı PUA-larla Kiyev küçələrini yanğın yerinə çevirdiyi bir vaxtda hava həyəcanlarını nəzərə alaraq, xalqı sığınacaqlarda qalmağa çağırıb.

https://youtu.be/J5Mevhp_lcY

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05