İran Putinlə bağlı bu iddiaları rədd etdi

media-hightechnic-468x90

Rusiya prezidenti Vladimir Putinin İranı uranın zənginləşdirilməsindən tam imtina etmək şərti ilə ABŞ ilə nüvə sazişini qəbul etməyə  çağırması barədə xəbərlər yalandır.

Yenicag.az xəbər verir ki, bunu İranın “Tasnim” xəbər agentliyi məlumatlı mənbəyə yazıb.

“Tehran heç bir şəkildə Putindən belə bir mesaj almayıb”, – deyən mənbə Moskva ilə Tehran arasında son görüşdə məsələnin gündəmə gətirilmədiyini bildirib.

Bundan əvvəl “Axios” mənbələrə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İranı uranın zənginləşdirilməsindən əl çəkməyə və ABŞ ilə nüvə sazişi bağlamağa çağırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600