İran səfiri Azərbaycan XİN-dən çıxdı - Etiraz notası verildi

media-hightechnic-468x90

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu martın 5-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Bakının etiraz notası təqdim edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasına dron hücumlarına görə Azərbaycan dövlətinin İrana kəskin etirazı diplomatın nəzərinə çatdırılıb və ona müvafiq etiraz notası təqdim edilib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb./Yenisabah

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05