İran və “altılıq” arasında yeni raund

media-hightechnic-468x90

80567Bu gün Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramına dair danışıqların növbəti raundu başlayır.

Yenicag.az xəbər verir ki, danışıqlara İran və Avropa Birliyinin xarici işlər idarələri başçılarının müavinləri Abbas Araqçı və Helqa Şmidtin görüşü ilə start veriləcək. Danışıqlar zamanı İranın nüvə proqramına dair razılaşmanın mətni üzərində işlər davam etdiriləcək.

Mayın 15-də isə danışıqlara ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çindən ibarət “altılıq” ölkələrinin xarici işlər nazirlərinin müavinləri qoşulacaq.

İranın nüvə proqramına dair son danışıqlar mayın əvvəlində Nyu-Yorkda baş tutmuşdu. Aprelin əvvəlində isə İran və “altılıq” ölkələri arasında nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilmiş və çərçivə razılaşması əldə olunmuşdu.

Nüvə razılaşmasının imzalanması üçün qoyulan müddət bu il iyunun 30-da başa çatır.

BBC

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600