Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran XİN Trampın çıxışına sərt reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanındakı çıxışını sərt tənqid edib.

APA-nın Tehran bürosunun məlumatına görə, B. Qasimi D. Trampın İranın ünvanına yönəlmiş sözlərini əsassız adlandırıb: “İranın qeyrətli, qədirbilən və böyük xalqı 12-ci prezident seçkilərini əzəmətlə keçirdi və İslam Respublikası sisteminə öz bağlılığını elan etdi. Bundan 48 saat keçməmiş ABŞ prezidenti İrana qarşı əsassız iddialarla, müdaxiləçi sözləri ilə çalışdı ki, bir daha iranofobiyanı geniş yaysın və İrana qarşı düşmənçilik siyasətinin davamında region ölkələrini Amerika silahları almağa daha da maraqlandırsın. ABŞ-ın yeni hökumət rəsmilərinin aldadıcı mövqeləri, müdaxiləçi çıxışları və dağıdıcı addımları regionda öz taleyini həll etmək istəyən xalqlara qarşı yönəlib və sionist rejiminin mövqeyini möhkəmləndirməyə xidmət edir”.

İran XİN-in sözçüsü ABŞ hökumətini yeni müharibələr alovlandırmaqdan və iranofob siyasətdən əl çəkməyə, terrorizmin əsas dəstəkçilərinə silah satışını dayandırmağa çağırıb: “Təəssüf ki, ABŞ rəsmilərinin düşmənçilik və hücum siyasəti ilə regionda terrorçu qrupların yenidən güclənməsinin şahidi oluruq. Yaxşı olar ki, region ölkələri Amerikanın xülya olan dəstəyi qarşılığında xalqın sərvəti olan milyardlarla dollar xərcləmək əvəzinə, xalqa öz taleyini təyinetmə hüququ verməklə, onların sabitlik və rifahını təmin etsin. Amerika və onun müttəfiqlərinin regionda terrorçuları dəstəkləməsi o qədər aşkardır ki, daha başqalarını terrorizmdə ittiham etmək kimi bəhanələrə kimsə inanmır. Region xalqları aydın şəkildə anlayıb ki, əgər İŞİD-in silah, pul və informasiya qaynağı kəsilsə, onları rahat şəkildə məhv etmək mümkündür. Amerika və onun regiondakı müttəfiqləri bilsinlər ki, bu gün İslam Respublikası demokratik, stabil və güclü bir dövlət olaraq xalqın dəstəyinə arxalanır və bu kimi ölkələrin boş sözləri ilə heç vaxt tutduğu yoldan geri çəkilməyəcək”.

Qeyd edək ki, D. Tramp Səudiyyə Ərəbistanındakı çıxışında İranı bölgədə terrorizmi dəstəkləməkdə ittiham edib.

Yenicag.az

www.yenicag.az

410