!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran yenidən İsrailə zərbə endirməyə hazırlaşır

!Reklam – Yazi

“İran yaxın günlərdə İraqdan İsrailə hücum etmək niyyətindədir, bu, ABŞ prezident seçkilərindən əvvəl baş verəcək”.

Yenicag.az xəbər verir ki, bunu İsrailin iki kəşfiyyat mənbəsi “Axios” portalına məlumat verib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, İsrail İrandan çoxlu sayda pilotsuz təyyarə və ballistik raketlərdən istifadə edəcəyini gözləyir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami dünən deyib ki, İsrail keçən həftə zərbə endirərkən səhv edib. Onun sözlərinə görə, Tehranın bu cavabı “hər hansı bir ssenaridən fərqli olacaq”.

Onun sözlərini yüksək rütbəli İran rəsmisi də təsdiqləyib və əlavə edib ki, İran “güclü və ağrılı” cavab planlaşdırır və bu, çox güman ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl baş verəcək. /unikal

COP29

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv