İrana hücum planı MASADA – Təl-Əvivdən SENSASİON ADDIM

media-hightechnic-468x90

“İrana qarşı hər zaman hərbi hava hücumu riski mövcuddur. Bunun əsas səbəbi İsrailin siyasi və hərbi strategiyasının preventiv müdafiəyə əsaslanmasıdır. Yəni İsrail özünə qarşı hər hansı təhlükə yarada biləcək qüvvənin hələ formalaşma mərhələsində ikən zərərsizləşdirilməsini prioritet hesab edir. Bu siyasət İsrailin Yaxın Şərqdəki mövcudluğunu təmin etməklə yanaşı, bölgədə hərbi üstünlüyünü də qorumağa xidmət edir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

O, İsrailin bu ölkəyə növbəti hava hücumu edəcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib.

Analitik söyləyib ki, bu prosesdə Amerika Birləşmiş Ştatları da əsas rol oynayır:

“ABŞ İsraili strateji müttəfiqi kimi gördüyündən ona maliyyə, texnologiya və diplomatik dəstək göstərir. Bununla belə, ABŞ və İsrailin maraqları hər zaman tam şəkildə üst-üstə düşmür. Bəzi hallarda Vaşinqton regional sabitliyi qorumağı, İsrail isə birbaşa təhlükəni aradan qaldırmağı önə çəkir. Ancaq İran məsələsində ortaq mövqe mövcuddur: bölgədə İsrailə ciddi təhlükə yarada biləcək güclü hərbi qüvvənin mövcudluğuna imkan verilməməlidir”.

Onun sözlərinə görə, digər tərəfdən, İran hökuməti daxili ictimai rəyi qorumaq və xalqı qorxuya salmamaq üçün bəzən bu riskin reallığını azaldılmış şəkildə təqdim edir:

“Lakin fakt ondan ibarətdir ki, İran uzun illərdir hava hücumlarına qarşı müdafiə sistemlərini təkmilləşdirməyə çalışır. Yeni zenit-raket komplekslərinin alınması, yerli istehsal silahların inkişafı və hava məkanının nəzarət imkanlarının genişləndirilməsi bu riskin Tehranda ciddi qəbul edildiyini göstərir”.

O, həmçinin əlavə edib ki, bununla belə, son illərdə İsrail də İranın hərbi gücünün artdığını və əvvəlki dövrlərdə olduğu kimi asan hədəf olmadığını qəbul etməyə başlayıb:

“Xüsusilə İranın regional təsir imkanlarının artması – Livanda “Hizbullah”, Yəməndə husilər, İraqda şiə qruplaşmalar vasitəsilə təsir göstərməsi hərbi hücum qərarını daha da mürəkkəbləşdirir. Belə bir hücumun təkcə İranla məhdudlaşmaması, bölgədə genişmiqyaslı müharibə riskini artırması ehtimalı mövcuddur”.

Müsahibimiz yekunda onu da söyləyib ki, İsrail üçün İran hələ də ciddi təhlükə olaraq qalır və hərbi hava hücumu ehtimalı heç vaxt gündəmdən çıxmır:

“Lakin mövcud şərtlər göstərir ki, bu hücumun həyata keçirilməsi əvvəlki illərlə müqayisədə daha çətin və riskli görünür. İsrailin qarşısında duran əsas dilemma budur: hücum etməklə təhlükəni aradan qaldırmaq, yoxsa təhlükəni idarəolunan səviyyədə saxlamaq”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa