İrana tədarük edilən qazın həcmi açıqlandı

media-hightechnic-468x90

5244963_zYenicag hafta.az-a istinadən bildirir ki, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə “svop” əməliyyatlar çərçivəsində İrana 400 milyon kubmetr qaz tədarük edib.

Azərbaycandan İrana qaz tədarükü Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində blokadada olan Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatının təmin edilməsi məqsədilə həyata keçirilir.

Mənbə deyib ki, ötən il İrana tədarük edilən qazın həcmi 2013-cü ildə qeydə alınan göstərici ilə eynidir.

İran və Azərbaycan arasında qaz tədarükü haqqında müqavilə 2005-ci ildə imzalanıb. 25 il müddətinə imzalanan müqaviləyə əsasən, İran Azərbaycandan qazı Astarada (İran) təhvil alır və Naxçıvanda təhvil verir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa