İranda 100 günlük müəmma: Xamneyinin dəfni niyə təxirə salınır?
“Seyid Əli Xamneyinin dəfn olunduğu yerin bombalanma ehtimalına qarşı proses bir müddət uzanacaq.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.
Artıq 100 gündür İranın keçmiş ali dini rəhbəri öldürülsə də dəfn edilməyib. Politoloq İranın öldürülmüş keçmiş ali lideri, hazırki ali dini lider Müctəba Xamneyinin atası Seyid Əli Xamneyinin ölümündən 100 gün keçməsinə baxmayaraq hələ də dəfn edilməməsinin mümkün səbəblərini açıqlayıb
“Xomneyinin dəfn edilməməsinin səbəbi təhlükəsizlik səbəb göstərilir. Hələ də İranda sular durulmayıb, ikinci qarşıdurma olması qaçılmazdır. Hazırkı günlərdə İsrail İranı hava hücumuna məruz qoyur. Bu da o deməkdir ki, İranda təhlükəsizlik hələ də təmin olunmayıb.”
S. Hümbətov iddia edir ki, İran daxilində hələ də İsrail agentləri mövcud olduğu üçün agentlər təmizlənmədən Xamneyinin dəfni təxirə salınacaq:
“Digər tərəfdən İran hökuməti hələ də daxildə İsrailə çalışanların mövcudluğundan şübhələndiyi üçün bu proses yubanır. Əgər agentlər hələ də varsa Xamneyinin dəfn olunduğu yerin bombalanması ehtimalını artırır. Bu baş verərsə İranda ciddi təhlükəsizlik problemi yarana bilər. Bu səbəbləri nəzərə alaraq dəfn işlərini bir müddət də yubadıra bilərlər. Hər halda gec-tez bu şəxsin dəfn olunması lazımdır.”
Nurlan Cəfəri













