İranda ard-arda güclü zəlzələ baş verdi

media-hightechnic-468x90

İranın cənubundakı Hörmüzqan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu nəzdində fəaliyyət göstərən Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Episentri Hörmüzqan əyalətinin Cənah şəhəri olan zəlzələ yerli vaxtla saat 10:36-da qeydə alınıb.

Yerin 8 kilometr dərinliyində baş verən zəlzələnin fəsadları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Milli Seysmoloji Mərkəz səhər saatlarında Hörmüzqanda 4,4 və 4,5 bal gücündə iki zəlzələnin də olduğunu bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05