İranda DƏHŞƏT: 14 nəfər YANARAQ ÖLDÜ - VİDEO

media-hightechnic-468x90

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində 14 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, hadisə “Peugeot” markalı iki minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

Məlumata görə, avtomobillər toqquşduqdan sonra alovlanmağa başlayıb və 14 nəfər yanaraq həlak olub.

Dünən gecə saatlarında baş verən qəzada ölən 14 nəfərdən 11-nin hadisə yerində, üçünün isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, İran istehsalı avtomobillərin olduqca keyfiyyətsiz olması ölkədə hər il on minlərlə insanın ölümünə səbəb olur. Belə ki, İran istehsalı olan maşınlar hadisə zamanı ya parçalanır, ya da yanmağa başlayır ki, bu da minlərlə insanın ölümünə gətirib çıxarır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600