İranda hantavirusa qarşı sərhəd nəzarəti həyata keçirilir

media-hightechnic-468x90

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində hantavirusa qarşı sərhəd nəzarəti həyata keçirilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Khabar Fouri” agentliyi məlumat yayıb.

“Əhvazdakı Cundişapur Tibb Elmləri Universitetinin səhiyyə üzrə müavini Mehrdad Şərifi bildirib ki, tam və hərtərəfli hazırlıq mövcuddur və xüsusi bir narahatlıq yoxdur”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus İspaniyanın Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, “Andes” ştamına aid hantavirusun daha geniş miqyasda yayılmasının başlanmasına dair əlamətlər hələlik müşahidə olunmur.

Bununla yanaşı, İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb.

ÜST-nin məlumatına görə, Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05