İranda hicab ləğv olundu? - “Kimsə mini yubka ilə küçəyə çıxsa…”

media-hightechnic-468x90

 

İranda hicabla bağlı məcburiyyətin icrasının dayandırılması yanlış anlaşılıb.

Belə ki, qanunun icrasının müvəqqəti dayandırılması inqilabi islahat kimi dəyərləndirilib.

Araşdırmaçı jurnalist Fikrət Fərəməozğlu isə bildirib ki, “İranda hicab məsələsi ləğv edilməyib.

media-9f17edbd-ae3f-4b5d-87be-fb5009b1af3d

Məhz Pezeşkianın təkidi ilə həmin halı tənzimləyən “Hicab və İffət haqqında” qanunun icrası müvəqqəti dayandırılıb. Amma bu o demək deyil ki, hər kəs açıq saçıq geyinə bilər. Üst geyim norması yerində qalır. Yəni, biri vulqar geyinə, mini yubkada küçəyə çıxa bilməz. Sadəcə, geyim daha əvvəlki kimi olmayacaq. Müəyyən qaydalara riayət etməklə”.

Fikrət Fərəməzoğlu bıldırıb kı, “Bu gün açıqlanan məqam o deməkdir ki, qadınlar baş örtüsüz sərbəst küçəyə çıxa bilər. İndiyə qədər buna görə cərimə tətbiq olunurdu, əxlaq polisi onları saxlamaq hüququna malik idi. Bundan sonra polis müdaxilə etməyəcək, cərimə də olmayacaq. Üstəlik, bu mövzu ilə bağlı cərimələr və məhkəmə işləri ləğv olunacaq.

Hicabın ləğvi qərarını İranda üç qurum verə bilər. Ali dini lider və ofisi, Məclisi Xubriqan və Parlament. Bu üç məqamdan heç biri belə bir qərar verməyib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa