İranda "islahatçılar" üçün YOLUN SONU: Çevriliş iddiaları daxili intiqamın tərkib hissəsidir?

media-hightechnic-468x90

“İddiaların doğruluğunu dəqiq demək çətin olsa da, onları daha çox daxili siyasi qarşıdurma kontekstində dəyərləndirmək olar”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu siyasi şərhçi Oqtay Qasımov deyib.

media-muautsm4sulbolyjiwyoqfczq9of8vfpfe5iydv2_1200

O, İranda dövlət çevrilişinə cəhdlə bağlı yayılan son xəbərlər barədə fikirlərini bölüşüb. Siyasi şərhçi bildirib ki, İranda etirazlardan sonra Həsən Ruhani və Cavad Zərifin ev dustaqlığına alınması, eləcə də onların xarici qüvvələrlə əlaqədə olması və hətta çevrilişə cəhd göstərməsi barədə iddialar gündəmi zəbt edib:

“Eyni zamanda, Xalq Mücahidləri Təşkilatının Xameneinin iqamətgahına hücum etməsi ilə bağlı xəbərlər də dövriyyəyə buraxıldı. Lakin bu məlumatların doğruluğu rəsmi şəkildə təsdiqlənməyib. Ümumilikdə İranla bağlı ziddiyyətli informasiyalar yayılır. Qapalı siyasi sistemlərdə bu tip iddiaların ortaya çıxması təəccüblü deyil”.

Oqtay Qasımovun sözlərinə görə, İranda ali liderin bütün əsas səlahiyyətləri əlində cəmləşsə də, hakimiyyət daxilində müxtəlif qruplar arasında mövqe uğrunda amansız mübarizə gedir:

“12 günlük müharibədən sonra rejimin daha da sərtləşməsi və uğursuzluğun səbəblərini daxildə axtarması ehtimalı artır. Bu baxımdan Ruhani və Zərifə qarşı səsləndirilən ittihamlar islahatçılarla mühafizəkarlar arasındakı daxili siyasi mübarizənin tərkib hissəsi kimi də qiymətləndirilə bilər. Mühafizəkar qanadın hakimiyyət daxilində mövqelərini gücləndirməsi fonunda rəqiblərin zəiflədilməsi məqsədilə bu cür iddiaların irəli sürülməsi mümkündür”.

Siyasi şərhçi yekunda vurğulayıb ki, iddiaların dəqiqliyi şübhəli olsa da, proseslərin mahiyyəti daxili qruplaşmaların toqquşmasından xəbər verir.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05