Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda koronavirusdan ölənlərin sayı 23 mini ötdü

İranda ötən sutka ərzində 116 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 23029 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1138 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 399940 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3768 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  344516 nəfər koronavirusdan sağalıb.

 

Loading...

www.yenicag.az

366