!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda mühafizəkarların sabotaj edəcəyi ANONSU: Pezeşkianın seçilməsində bu amillər nəzərə alınıb – TƏFƏRRÜAT

!Reklam – Yazi

“Məsud Pezeşkianın seçilməsi İran ali dini rəhbərinə tam fayda verir. Ümumiyyətlə, “Şuraye Nabahgan” (Nəzarət Şurası – red.) birini seçkiyə buraxırsa, deməli, onun seçilməsini nəzərə alır və qəbul edir. Əgər onun seçilməsini qəbul etmək istəmirsə və bunu təhdid olaraq görürsə, onda o adamı seçkiyə buraxmır”.

Yenicag.az xəbər verir ki, bu sözləri iranlı araşdırmaçı jurnalist Əziz Əhmədi “The Sunday Times” nəşri ilə söhbətində bildirib.

“Misal olaraq, Əli Laricani uzun zamandır seçkiyə buraxılmır. Pezeşkian özü də 2021-ci ildə seçkiyə buraxılmadı. Çünki 2021-ci ildə seçkilər məhz Rəisinin seçilməsi üçün dizayn edilmişdi. Laricani isə Pezeşkiandan fərqli olaraq, çox nüfuzlu şəxsdir, belə güclü şəxslər isə sistemə və Seyid Əli Xamneyiyə lazım deyil”, – o, əlavə edib.

Ə. Əhmədinin fikrincə, Pezeşkianın seçilməsi ilə türk-kürd hərəkatlarını cilovlamaq, onların etirazlarını önləmək, ümumiyyətlə isə ölkədə olan qəzəb barometrini azaltmaq, xarici siyasətdə Qərblə müəyyən dialoqa getməklə iqtisadi dividentlər əldə etmək məqsəddir:

“Xamneyi istəsəydi, “Şuraye Nabahgan”ın qərarına veto qoyardı, ya da SEPAH-ın bəzi şəxsləri ona çağırış edəndə ki, “Pezeşkianın namizədliyini geri çək”, buna razı olardı. SEPAH komandanlığı da Pazeşkianla anlaşdı. Bir sözlə, 40 ildir siyasətdə olan “Ayətullah Makiavelli” sistemi “parçala, hökm sür” taktikası ilə idarə etməyə, “qızıl orta”nı və strateji balansı qorumağa davam edir. Xamneyi heç bir tərəfin mütləq güc qazanmasını, ali dini rəhbərliyə keçid zamanı islahatçıların sistemdən kənarda qalmasını, xalqın da sistemdən kənarda olmasını istəmir və buna uyğun rol alır”.

Araşdırmaçının qənaətinə görə, İranda “Şuraye Nabahgan”ın təsdiqindən sonra seçki sandığına heç bir müdaxilə edilmir:

“Yəni İranın dövlət ağlı Pezeşkian vasitəsilə bir çox məqsədə nail olmağa çalışacaq, bəzilərinə isə nail oldular. Buna baxmayaraq, islahatçı qanad bəzən sözə baxmır və müstəqilliyə cəhd edir. Belə olan zaman, sistemdəki mühafizəkarlar ciddi sabotajlar və maneə yarada bilərlər”.

Rafi Müslümov

COP29

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv