“İranda “Məşhəd güc qrupu” uzun illərdir ki, ölkəni ələ keçirməyə çalışır. Bu qruplaşma İranın əfsanəvi sərkərdələrindən olan Nadir şah Əfşar tərəfindən yaradılıb. İbrahim Rəisi Məşhəd şəhərində doğulub və onun qayınatası Məşhəd şəhərində dini lider, imam cümə olub”.
Yenicag.az xəbər verir ki, bu sözləri iranlı araşdırmaçı jurnalist Əziz Əhmədi “The Atlantic” nəşri ilə söhbətində bildirib.
“Rəisinin xanımı onun əsas maliyyə donoru idi və onu üləmalar ilə əlaqələndirən əsas şəxs olub. Rəisinin xanımı həm də İmam Rza məqbərəsi və minlərlə vəqfə nəzarət edən “Astane Rzaye Qüdsi” fonduna nəzarət edib. Xanımı Məşhəddə Nadir şah türbəsinə nəzarət edən mədəni vəqfə rəhbərlik edirdi. “Məşhəd klanı” İranı ələ keçirməyə yaxın idi, amma Rəisinin ölümü ilə güc boşluğu yarandı”, – deyə o, bildirib.
Rafi Müslümov
www.yenicag.az