Bu gün İranda 290 yerlik 12-ci çağırış ölkə parlamentinin seçkiləri keçirilir.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İİR seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçmiş 20 min nəfərdən 15 mindən çoxu (yəni təxminən 75 faiz) namizəd kimi təsdiqlənib.
Ölkənin 87 milyon vətəndaşının 61 milyondan çoxunun səsvermə hüququ var.
İran Konstitusiyasına görə, parlamentdə beş yer dini azlıqların nümayəndələrinə ayrılmalıdır.
Yeni parlamentin ilk iclası mayın sonunda baş tutacaq.
Həmçinin martın 1-də İran liderinin məşvərət orqanı olan Ekspertlər Şurasına seçkilər başlayıb. Şurada 88 yer uğrunda 144 namizəd mübarizə aparacaq. Onlar Məqsəd Şurası tərəfindən seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 510 ərizəçi arasından seçilib./unikal
www.yenicag.az