İranda PUA hücumu: Ölənlər var

media-hightechnic-468x90

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində pilotsuz uçan aparatının endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, İRNA-nın məlumatına görə, təhlükəsizlik qüvvələri Şuru bölgəsində “terror təşkilatı” üzvlərinə məxsus avtomobilə hücum edib.

Agentliyin “terrorçu” adlandırdığı hücumda iki nəfər həlak olub. Ölənlərin hansı terror təşkilatına aid olduğu barədə məlumat verilmir.

Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyaləti “Ceyşul Ədl” adlı təşkilatın hücumlarına səhnə olub. Təşkilat zaman-zaman silahlı və bombalı hücumlar təşkil edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600