İranda qəza – 20 ölü

media-hightechnic-468x90

iran_bus_crash_100913_4İranın Tehran-Qum maqistral yolunda ağır yol qəzası baş verib, 20 nəfər həlak olub.

media-banner_tuq

Bu barədə İran polisinin yollara nəzarət mərkəzinin sədri general Nadir Rəhmani “Presstv” xəbər kanalına deyib.

Məlumatda bildirilir ki, Tehran-Qum qədim maqistral yolunda üç avtomobil (yük maşını, minik avtomobili və mikroavtobus) bir-biri ilə toqquşub. Hadisə yerli vaxtla saat 18:30 radələrində baş verib.

N.Rəhmani deyib ki, qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin və yük maşınının sürücüsü həlak olub: “Həlak olan sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır və onlar İran ərazisinə qanunsuz daxil olublar.”

N.Rəhmaninin sözlərinə görə, hadisə nəticəsində 10 nəfər yaralanıb ki, onlardan 3 nəfəri Qum şəhəri Şəhid Behişti adına xəstəxanaya, 7 nəfəri isə Nikuyi xəstəxanasına aparılıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir(trend).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05