İran polisi universitetə qəbul imtahanı suallarını satdığı aşkarlanan 114 nəfərin saxlanıldığını açıqlayıb.
Yenicag.az xəbər verir ki, kibercinayətlərə qarşı mübarizə polisinin rəisi Vahid Məcid məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada universitetə qəbul imtahanı suallarını internet saytları və sosial media hesabları vasitəsilə satdıqları aşkarlanan 114 nəfər saxlanıldığını bildirib.
Bundan əlavə, internet üzərindən surət çıxaran avadanlıq satmaqda müəyyən edilmiş 33 nəfər də saxlanılıb.
İsmayıl Bakuvi
www.yenicag.az