!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təyyarəni vuran hərbçilərə hökm oxundu

!Reklam – Yazi

İranda 2020-ci ilin yanvarında Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı məhkəmə prosesi başa çatıb.

Yenicag.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, “Boeing 737-800” təyyarəsinin vurulmasında təqsirli bilinən 10 hərbçiyə hökm oxunub.

Məlumata görə, hərbçilərdən biri 13, digərləri isə 1,5 – 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, Kiyevə uçan sərnişin təyyarəsi 2020-ci il yanvarın 8-i Tehran hava limanından havaya qalxdıqdan sonra qəzaya düşüb.

Hadisə nəticəsində İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olmaqla 176 nəfər həlak olub. İran ilk olaraq qəzanın texniki nasazlıq səbəbindən baş verə biləcəyini iddia edib. Daha sonradan isə, İran hərbçiləri təyyarəni təsadüfən iki raketlə vurduqlarını etiraf ediblər.

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv