İrandan idxal olunan portağalda uyğunsuzluq aşkarlandı

media-hightechnic-468x90

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb.

media-banner_tkm

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə – “Sitrus qırmızısı -2” üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05