"İrandan sonra növbə Kubadadır" – ABŞ-nin yeni geosiyasi PLANI

media-hightechnic-468x90

“İrandan sonra Amerikanın hədəfi Kubadır”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq iddia edib ki, Rusiya və Çinlə əməkdaşlıq edən Venesuela və İranın prosesləri həll edildikdən sonra geriyə qalan yeganə ölkə – Kuba hədəfdə olacaq:

“Amerikanın İrana qarşı həyata keçirdiyi hərbi müdaxilə birbaşa olaraq rejimin dəyişdirilməsinə hesablanıb. Biz fikir versək, Venesuela, Kuba və İranın üçü də Rusiya və Çinlə əməkdaşlığı inkişaf etdirir. Venesuela artıq həll edildi, növbədə İrandır. İran isə Amerikanın zərbələri ilə ölüm-dirim dilemması qarşısında qalıb. Növbəti hədəf ola biləcək Kubaya gəldikdə, inanmıram ki, Amerika ciddi şəkildə hərbi müdaxilə etsin.

Kuba ilə bağlı Tramp açıqlamalar verir, amma bu ölkə ilə kubaəsilli dövlət katibi Marko Rubio məşğul olur. Görünən odur ki, Kuba ilə bağlı da Amerikada konfidensial işlər həyata keçirilir. Düşünürəm ki, İrandan sonra Kubadakı rejimin devrilməsi də Trampın masasındadır. Yeni dünya nizamı qurulur. Rusiya və Çinlə sıx əməkdaşlıq edən rejimlər sıradan çıxarılmalıdır. Bu istiqamətdə növbəti hədəf isə Kubadır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05