İranın ballistik raketləri İsraili və ABŞ bazalarını HƏDƏFƏ ALIB: Müharibəni dayandıran SƏBƏB

media-hightechnic-468x90

“ABŞ-İran müharibəsinin gecikməsinin səbəbi Amerikanın ehtiyat etdiyi bəzi əks zərbələrdir.”

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

media-gr5scigbuo1fhgvum5zwetgro44xsjgiffgjdono_1200

Politoloq hesab edir ki, ABŞ və İran arasında başlaması ehtimal olunan müharibənin gecikməsinin bir neçə ciddi səbəbi var:

“ABŞ-İran müharibəsinin hələ də baş verməməsinin əsas səbəbi müəyyən dərəcədə Amerikanın diplomatiyaya üstünlük verməsidir. İran ətrafına ordu yığmaqla Vaşinqton hesab edir ki, bəlkə Tehran danışıqlar masasında ortaq məxrəcə gələr. Göründüyü kimi, İran qəti şəkildə bu prosesə getmir. Buna səbəb Amerikanın şərtlərinin birbaşa İranın tərk-silah olunmasına yönəlməsidir.

İkinci əsas məsələ isə İsrail faktorudur. İran İsrailin obyektlərinə çox ciddi zərbələr vura bilər, həmçinin Amerikanın Yaxın Şərqdəki bazaları da hədəfə çevrilə bilər. İranın arsenalında kifayət qədər ballistik raket var və bu, İsrail üçün ciddi təhlükə yaradır. Məhz bu risklərə görə müharibə gecikir.”

Amerikanın bəzi mətbu orqanlarının yaydığı iddiaların əksinə olaraq, politoloq hesab edir ki, ABŞ müharibəni başladan tərəf kimi tarixə düşməmək üçün İsrailin hücumunu gözləmir əksinə, İsrail Vaşinqtondan razılıq almadan İrana hücum edə bilməz:

“Heç bir halda düşünmürəm ki, Amerika İsrailin İrana hücumunu gözləyir. Amerikanın birbaşa razılığı və dəstəyi olmadan İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilməz.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05