!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın götürəcəyi DƏRS: “Azərbaycan-Türkiyə təlimlərinin indiki həssas dönəmdə keçirilməsi...” – AKP-li deputat

!Reklam – Yazi

“Rəsmi bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İranın bu tövrü xoş niyyət göstəricisi sayıla bilməz”.

Bu fikirləri İranla sərhəddə başlayan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini dəyərləndirən Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, keçirilən birgə təlimlər bölgədə vəziyyəti gərginləşdirməyə çalışan İran üçün özünəməxsus dərs olmalıdır:

“Öncə bunu qeyd etmək istərdim ki, Azərbaycanla Türkiyənin bir-birilərinin ərazilərində keçirdikləri birgə hərbi təlimlər dövlətlərarası anlaşma əsasında təşkil olunur. Ancaq bu gün Azərbaycanın İranla sərhəd ərazilərdə başlayan təlim bölgədəki ümumi vəziyyət fonunda xüsusi əhəmiyyət kəsb edir.

Çox təəssüf ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm zəfərlə Qarabağ problemi öz həllini tapsa da, bəzi dövlətlər və beynəlxalq güclər bu gerçəyi qəbul etmək istəmir, vəziyyətin gərginləşdirilməsinə cəhd göstərirlər.

Regionun mühüm ölkələrindən biri olan İranın da belə davranması əsla təqdiredilən hal deyil. Normalda İran da yaranmış yeni reallıqda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə yönəlik addımlar atması gözlənilsə də, hələ ki bunun əksini görürük.

İranın bir müddət əvvəl Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi də bölgədə gərginliyin artmasına təsir göstərdi. Bütün bunlara nə ehtiyac vardı? Rəsmi bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İranın bu tövrü xoş niyyət göstəricisi sayıla bilməz.

O baxımdan, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin plana uyğun qaydada keçirildiyini bildirsək də, onun indiki həssas vəziyyətdə baş tutması bu təlimlərin əhəmiyyətini artırır. Ümid edirəm ki, bu təlimlər İranın müəyyən dərs çıxarması üçün yetərli olacaq. Ancaq çox arzuolunandır ki, bölgə dövlətlərinin bütün addımları əməkdaşlığa yönəlik olsun”.

A.Zeynalov

www.yenicag.az

1033
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv