“İranın NOTAM qərarı bizi narahat etmir, biz də zəruri tədbirlər görmüşük” – Hərbi ekspert

media-hightechnic-468x90

“Böyük ehtimalla biz də analoji addımlar atmış və zəruri olan bütün tədbirləri həyata keçirmişik”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert İranın Azərbaycan sərhədi yaxınlığında, 0-10000 fut hündürlüyə qədər pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyəti ilə bağlı yayımladığı NOTAM (aviasiya xəbərdarlığı) qərarını şərh edib.

Hərbi ekspert bildirib ki, bu qərar İran tərəfindən qəbul edilib və birmənalı şəkildə ABŞ-nin təhdidləri ilə əlaqəlidir:

“Qərarın mahiyyəti ondan ibarətdir ki, İran öz ərazisi üzərində hava məkanını bağlayır. Böyük ehtimalla biz də analoji addımlar atmış və zəruri olan bütün tədbirləri həyata keçirmişik. Təbii ki, İran ərazisində NOTAM elan olunması bizim üçün birbaşa təhlükə yaratmır.

Lakin istənilən halda İranın ABŞ və onun müttəfiqləri ilə münasibətləri kifayət qədər gərgindir və bu gərginlik pik həddə yaxınlaşır. İran ərazisində baş verən hərbi əməliyyatlar, təbii ki, müəyyən dərəcədə bizi də narahat edir.

Ümumilikdə isə İran ərazisində baş verən proseslər, o cümlədən NOTAM-la bağlı qərar bizi dərin şəkildə narahat etmir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05