İranın "proksi ordusu" ABŞ-a qarşı: Böyük müharibə başlayarsa, regionda nələr olacaq? – ANALİZ

media-hightechnic-468x90

“Hizbullah xüsusilə Livanda ABŞ və İsrail hədəflərinə qarşı əməliyyatlar aparmaq potensialına malikdir”

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri politoloq Rəşad Bayramov ABŞ və İran arasında mümkün hərbi qarşıdurma ssenarilərini şərh edərkən bildirib.

media-47-1771495580-1

Politoloq iki dövlətin birbaşa toqquşması halında İranın proksi qüvvələri sayılan “Hizbullah”, “HƏMAS” və digər silahlı qrupların müharibədə aktiv tərəf ola biləcəyini iddia edib:

“ABŞ və İran arasında hərbi qarşıdurma baş verəcəyi halda, İranın dəstəklədiyi proksi qüvvələr Hizbullah, HƏMAS, İraqdakı şiə milis qrupları və digərləri həm strateji, həm də taktiki cəhətdən regionda ciddi rol oynaya bilərlər. Bu qruplar hazırda da Tehranın maraqlarını qoruyan vasitələrdir və ABŞ üçün həm təhlükə, həm də diplomatik siqnal vasitəsi kimi çıxış edir. Hizbullah xüsusilə Livanda ABŞ və İsrail hədəflərinə qarşı əməliyyatlar aparmaq potensialına malikdir. Raket və dron hücumları vasitəsilə ABŞ hərbi bazalarına təzyiq göstərmək və regiondakı mövcud güc balansını sarsıtmağa cəhd edə bilərlər”.

Rəşad Bayramov digər İran dəstəkli kiçik qruplaşmaların da müharibəyə müdaxilə ehtimalının kifayət qədər yüksək olduğunu vurğulayıb:

“İraq və Suriyadakı milislər ABŞ-ın hərbi mövqelərini və logistika xətlərini hədəf ala bilərlər. Bu, ABŞ üçün bir neçə sahədə təhlükə yaradır: birincisi, raket və dron hücumları ikincisi isə asimmetrik müharibə əməliyyatları yəni partizan taktikalı hücumlar və sabotajlar. Bu taktika ABŞ-ın resurslarını bölgəyə yönəltməyə və hərbi manevr imkanlarını məhdudlaşdırmağa xidmət edir. Eyni zamanda, bu qrupların fəaliyyəti İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ABŞ müttəfiqlərinə olan təzyiqləri də artıracaq”.

Buna baxmayaraq, politoloq hesab edir ki, bu qrupların iştirakı Tehranın hərbi gücünü artırsa da, supergüc üzərində tam qələbə üçün kifayət deyil:

“Bir reallıq var ki, proksi qüvvələr ABŞ, İsrail və müttəfiqləri ilə müqayisədə yetərli hərbi gücə malik deyil. Biz bunu indiyə qədər HƏMAS, Hizbullah və hüsilərə qarşı aparılan əməliyyatlarda aydın görmüşük. İran nəzərə almalıdır ki, ABŞ artıq öz regional strategiyasını məhz bu proksi qrupların aktivliyinə uyğun formalaşdırıb və diplomatik manevr imkanlarını maksimum qorumağa yönəlik fəaliyyət göstərir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05