!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Suriyadakı bu generallarını İŞİD yoxsa İnqilab Keşikçiləri öldürdü?

!Reklam – Yazi

 

uqRwIYQUrySuriyada müxalif güclərə qarşı Əsəd ordusunda savaşan bir çox iranlı generalın öldürülməsi ilə bağlı maraqlı iddia ortaya atıldı.

Yenicag.az xəbər verir ki,  “Yeni Şəfəq” qəzeti iranlı generalların İran İnqilab Keşikçiləri tərəfindən öldürüldüyünü yazıb. Qəzetin iddiasına görə, müxaliflərə qarşı mübarizədə uğursuz əməliyyatlar keçirdiklərinə görə, İran kəşfiyyatı onları cəzalandırdı. Bu isimlərin ən önəmlisi İran Qüds Gücü Ordusunun komandiri Qasım Süleymaninin müavini Hüseyn Həmədanidir.

Həmədaninin ölümündən öncə vəzifəsindən çıxarılacağı söylənirdi. Lakin İŞİD-in Hələbdə öldürdüyü açıqlansa da, Suriyadakı nə İŞİD, nə də başqa bir müxalif qrup belə bir mühim hadisəni öz üzərinə götürmədi. Bu da əməliyyatı İŞİD-in deyil, İran İnqilab Keşikçilərinin həyata keçirdiyi iddiasını gücləndirdi.

Həmədani ilə yanaşı Hələbin şimalında Muhsin Kaçaryan, cənubunda Həsən Əli Şəmsabadi müəmmalı şəkildə öldürüldü. Kaçaryan ilə yanaşı yanındakılar da öldürülsələr də, həmin tarixdə hansı döyüşün olduğuna dair heç bir məlumat yoxdur.

Qeyd edək ki, son dövrdə 10 İran generalı Suriyada öldürüldü. Onların əksəriyyəti müxaliflər tərəfindən öldürüldü.

Yenicag.az

COP29

www.yenicag.az

845
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv