ABŞ rəsmilərinin noyabrın 5-də Amerikada keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin İrana hücum edəcəyini gözlədikləri məlum olub.
Yenicag.az xəbər verir ki, CNN-ə danışan bəzi adları açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan məlumatda İsrailin noyabrın 5-də keçiriləcək prezident seçkilərinə qədər hərəkətə keçə biləcəyi vurğulanıb.
ABŞ rəsmiləri bildiriblər ki, İsraildə hələ də İrana necə cavab veriləcəyi ilə bağlı fəal müzakirələr gedir, lakin onlar bu hücumun noyabrın 5-də keçiriləcək seçkiyə qədər baş tutacağını gözləyirlər.
Eyni rəsmilər İsrailin mümkün hücumunun vaxtının birbaşa prezident seçkiləri ilə bağlı olmadığını, lakin İsrailin baş naziri Benyamin Netanyahunun “ABŞ-da baş verən siyasi proseslərə çox həssas” olduğunu bildiriblər.
İsrailin İrana qarşı mümkün hücumunun ABŞ siyasətində böyük narahatlıq doğuracağı vurğulansa da, xüsusilə də seçkilərə yaxın Yaxın Şərqdə artan münaqişə imicinin Vaşinqtonda güclü əks oluna biləcəyi qeyd edilib.
Mənbəyə görə, baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail rəsmiləri əmin ediblər ki, ABŞ-a qarşı hücumlar neft və ya nüvə obyektləri ilə deyil, hərbi hədəflərlə məhdudlaşacaq.
Nəsimi Ələsgərli
www.yenicag.az