İranlı alpinistlər Qırğızıstanda itkin düşdülər

media-hightechnic-468x90

10 gündən çoxdur iki iranlı alpinist Məryəm Piləvəri və Həsən Ağalu Qırğızıstandakı “Pobeda” zirvəsində qalxdıqdan sonra itkin düşüblər.

Yenicag.az xəbər verir ki, bu barədə Qırğızıstanın “Cənubi İnılçək” yardım əməliyyatları qərargahı məlumat yayıb.

“Alpinistləri tapmaq üçün PUA-lar vasitəsilə də aparılan axtarışlar nəticə vermədi, çox güman ki, onlar zirvədən Çinə tərəf düşüb və ya yıxılıblar”, – məlumatda bildirilib.

İranın Gənclər və İdman Nazirliyi Məryəm Piləvəri və Həsən Ağalunun nazirlik və Alpinizm Federasiyası ilə kordinasiyalı şəkildə deyil, fərdi təşəbbüslə getdiklərini deyib.

Qeyd edək ki, 7439 metr hündürlüyə malik “Pobeda” Qırğızıstanın ən hündür zirvəsidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa