İraqda 2014-cü ildə “Spayker” hərbi bazasında qətliam işi üzrə ittiham olunan 31 nəfər edam edilib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə İraqın Səlahəddin əyalətinin Samirə şəhər bələdiyyəsinin rəhbəri Mahmud Xalef məlumat verib.

Onun sözlərinə görə, İŞİD terrorçusu olan edam edilmiş şəxslərin cəsədi ailələrinə təhvil veriləcək.

Xatırladaq ki, 12 iyun 2014-cü ildə İŞİD terror qruplaşmasının silahlıları Səlahəddin əyalətində yerləşən “Spayker” hərbi bazasına hücum edərək 1700 İraq hərbçisini qətlə yetiriblər.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."