İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

media-hightechnic-468x90

İraqın Tikrit şəhərində Prezident Sarayının ərazisində 98 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, İraq xüsusi xidmət orqanları bu şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib.

Ehtimal edilir ki, öldürülənlər 2014-cü ilin ortalarında İraqın şimal və şərqində böyük bölgələr ələ keçirən İŞİD-in təqibindən qaçmağa çalışan əsgərlərdir. Həmin vaxt İŞİD 1700 əsgərin edam edildiyini, 800 sünni əsgərin isə “bağışlandığı” bəyan etmişdi.

Qeyd edək ki, İŞİD 2015-ci ilin martında azad edilib. İndiyə qədər şəhərdə bir neçə kütləvi məzarlıq aşkarlanıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600