İraqda siyasi TARİX YAZILIR? – "Muhammed Şiya Əs-Süddani ardıcıl 2-ci dəfə baş nazir ola bilər"

media-hightechnic-468x90

 

“Muhammed Şiya Əs-Süddani” İraq tarixində 2 dəfə ardıcıl baş nazir seçilmiş şəxs ola bilər.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Kənan Rövşənoğlu bildirib.

media-kenan

O qeyd edib ki, hazırkı baş nazir beş iri partiyanın dəstəyini almaqla koalisiya hökuməti qura bilər:

“Hazırkı baş nazir Muhammed Şiya Əs-Süddaninin “Yenidənqurma və İnkişaf” bloku 45 yer olmaqla ən çox mandat qazanan partiya adını özündə saxlayıb. İkinci yerdə Nuri əl-Malikinin “Qanun Dövləti” bloku 30 mandat qazanıb. Digər partiyalar isə 25-30 arasında səs alan kiçik partiyalardır.”

Politoloq hazırkı seçkinin nəticələrinə əsasən koalisiyanın qurulacağını təxmin edir:

“Görünən odur ki, koalisiya bir daha qurulacaq. Hazırkı baş nazirin postunu saxlaması üçün iri partiyaların dəstəyi lazımdır. Əgər bu dəstək olsa, Sudani İraqın yeni tarixində iki müddətə işləmiş ilk baş nazir olacaq. Hökumət qurmaq üçün ən azı beş partiyanın bloku qurulmalı olacaq.”

Qeyd edək ki, İraq parlamentində 329 yer üçün 7744 namizəd iştirak edirdi. Bu namizədlərdən təxminən 2 minə yaxını qadınlar təşkil edib. İraq konstitusiyasına əsasən, seçkilərin nəticələri açıqlandıqdan 15 gün sonra parlament sədri (sünni siyasətçi), 30 gün sonra isə 2/3 səs çoxluğu ilə prezident (kürd siyasətçi) seçilməlidir.

Nurlan Cəfəri

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa