İraqdakı partlayışda 17 nəfər öldü
Mayın 10-da İraqda müxtəlif hücumlarda azı 17 nəfər həlak olub. Ən ağır hücum Tarmiyah şəhərində baş verib, bomba qoyulmuş maşın nəzarət məntəqəsinə çırpılıb, 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Başqa bir maşın isə Tajidə bazarda partladılıb, 3 dinc sakin ölüb, 8 nəfər yaralanıb. Tarmiyah və Taji Bağdaddan 50 və 20 kilometr şimalda yerləşir.
Bağdadda iki ayrı-ayrı partlayışlarda isə 3 dinc sakin həlak olub.
Qərbi Ənbər vilayətində İslam Dövləti (İD) yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında döyüşlər də davam edib. Ötən ay İraq qüvvələri bu regionu ekstremist qruplaşmadan almaq üçün böyük hücuma başlayıb.
İD-nin əlində olan Fəllücədə isə atışmalarda 3 yerli sakin həlak olub, 11 nəfər yaralanıb.
Garma və Ramadi yaxınlığında hərbi əməliyyatlarda azı 45 İD yaraqlısı öldürülüb.