İraqın Türkiyədən istəyi nədir?

media-hightechnic-468x90

Iraqİraq İŞİD-ə qarşı mübarizədə Türkiyədən əsgər və polislərinə təlim keçməsini istəyib.

media-banner_tuq

İraq xarici işlər naziri İbrahim El Cəferi Ankaraya səfəri çərçivəsində Türkiyə rəhbərliyi ilə görüşlər keçirib.

Cəfəri PKK ilə mübarizədə Türkiyənin olacağını açıqlamaqla yanaşı terrorizmə qarşı mübarizədə 2 ölkənin birgə hərəkət etməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, İraqın yeni höküməti Türkiyə ilə əlaqələrin ən yüksək səviyyədə olmasını istəyir.

Türkiyə rəhbərliyi Cəfəriyə Nuri əl-Maliki hökumətinin məzhəb ayrı seçkiliyi etdiyi, bunun da İraqı bu vəziyyətə saldığını xatırladaraq yeni hökümətin bu səhvlərə yol verməyəcəyinə inandığını bildirib.

Cəfəri İŞİD-lə mübarizədə xarici əsgərlərin göndərilməsi xaricində bütün dəstəkləri qəbul etdiyini ifadə edərək, Türkiyədən ordu və polisə təlim keçməsini istəyib. Türkiyə İraqın bu istəyini qəbul edib.

(topnews.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05