“İRƏLİ” Avropa Komissiyasının (EVS) proqramı üzrə akkreditasiya alıb

media-hightechnic-468x90

11774783_1043873312319208_1666788189_nİRƏLİ İctimai Birliyinin 1 illik müraciətindən sonra təşkilatın fəaliyyəti apardığı gənclər siyasətindəki rolu və mövcud imkanları yüksək dəyərləndirilərək, Avropa Komissiyasının gənclərlə bağlı olan ən böyük proqramına akkreditasiya üzrə müraciət dəyərləndirilmişdir.

Təşkilatın beynəlxalq əlaqələr katibliyinin bir neçə dəfə müsahibələrin uğurlu nəticəsi olaraq “İRƏLİ” sıralarına daxil minlərlə gənclər akkreditasiya uyğun olaraq Avropa ölkələrində beynəlxalq proqramlarda ödənişsiz olaraq cəlb olunmaq imkanı əldə edəcəklər.

Gənclər bu proqrama qoşulmaqla xarici könüllü gənclərlə beynəlxalq könüllülük sahəsində təcrübə mübadiləsi etməklə yanaşı öz dünyagörüşlərini və xarici dil biliklərini inkişaf etdirə bilərlər.

Qeyd edək ki, Avropa Könüllülük Xidməti (EVS) 18-30 yaş arası gənclərin müxtəlif sahələr üzrə 2 aydan başlayaraq 1 ilədək müddətdə Avropa ölkələrində könüllu olaraq təcrübə qazanması məqsədi ilə həyata keçirilən bir proqramdır.

Təşkilat tərəfindən müəyyənləşdirilmiş 2015-ci il inkişaf strategiyasına uyğun olaraq, təşkilatın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində əldə olunan bu uğur gənclər üçün yeni imkanlar yaradacaqdır. Xatırladaq ki, İRƏLİ ictimai birliyi eyni zamanda Avropa böyük gənclər platformalarında müşahidəçi və tam hüquqlu üzv kimi təmsil olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600