!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəli” gənclərin ən sevimli layihəsi “Marş İrəli”ni yenidən keçirəcək

!Reklam – Yazi

Gənclərin asudə vaxtının səmərəli təşkili və gənclərdə milli ruhun formalaşması istiqamətində silsilə layihələrin təşkilatçılığı ilə tanınan “İrəli” İctimai Birliyi tezliklə indiyədək iki mövsümü uğurla başa vurmuş “Marş İrəli” layihəsinə başlayacaq.

Layihənin əsas məqsədi Azərbaycan gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə verməkdir. Uzun müddətdir mövcud pandemiya səbəbindən genişmiqyaslı layihələrin icrası dayansa da, vaksinasiya tədbirləri nəticəsində epidemioloji vəziyyətin stabilləşməsi nəzərə alınaraq “İrəli” İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Marş İrəli” layihəsinin 3-cü mövsümünə start verir. Layihə 2021-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda baş tutacaqdır.

Bu layihəni əvvəlkilərdən fərqləndirən əsas cəhət isə, heç şübhəsiz, Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin verdiyi ruh yüksəkliyidir. Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və şücaət gənclərlə bağlı dövlət proqramının uğurlu olduğunu nümayiş etdirdi. Cənab Prezident işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı çıxışlarında Qarabağı azad edənlərin məhz onun prezidentlik dövründə yetişən gənclərin olmasını vurğulaması gənclərə verilən ən yüksək qiymətdir.

“İrəli” İB daim dövlətin gənclərlə bağlı siyasətini rəhbər götürür, buna dəstək olmaq üçün səy göstərir.

Açıq hava şəraitində, düşərgə formatında keçiriləcək hərbi simulyasiya xarakterli layihə çərçivəsində 100-ə yaxın gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, həmçinin müxtəlif mövzularda maarifləndirici təlim sessiyalarında iştirak edəcəklər. Gənclərin layihədə iştirakı əsasında fiziki dözümlülüyü artacaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında gənclər öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

Layihə çərçivəsində, həmçinin, N saylı hərbi hissəyə səfər və digər maraqlı tədbirlər də nəzərdə tutulur.

Layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 80 nəfər gənc seçilərək iştirak haqqı qazanacaqdır.

Xatırladaq ki, hazırki dövrədək “İrəli” İctimai Birliyi tərəfindən “Marş İrəli” layihəsinin iki mövsümü uğurla həyata keçirilib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Silsilə layihədə ümumilikdə 400-ə yaxın gənc iştirak edib.

44 günlük Vətən müharibəsində “İrəli” gəncləri həm ön, həm də arxa cəbhədə xüsusi xidmətlər göstəriblər. Bu gənclərin arasında vaxtilə “Marş İrəli” layihəsində iştirak edənlər də var.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv