Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsinə start verdi

“İrəli” İctimai Birliyi Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhunda yetişməsi və ordumuzun yaranmasının 100 illiyi ilə əlaqədar “Marş İrəli” layihəsini həyata keçirir.

İctimai Birlikdən Yenicag.az-a verilən məlumata görə, layihənin Ağdam rayonunda keçirilən açılış mərasimində dövlət himni səsləndirilib.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycan Ordusu gündən-günə güclənir. Buna səbəb Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasətdir. O, Aprel döyüşlərinin, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndinin və ətraf yüksəkliklərin düşməndən azad olunmasının Azərbaycan Ordusunun qüdrətini göstərdiyini bildirib. M.Seyidov vurğulayıb ki, ermənilər artıq Azərbaycan Silahlı Qüvvələrinin gücünü yaxşı bilirlər. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan möhtəşəm paradda Ali Baş Komandan, Prezident İlham Əliyev qeyd etdi ki, ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Bu da o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqları azad edir və hazırda ordumuzun Laçın yoluna nəzarət etməsi bunun bariz nümunəsidir.

Tədbir Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirələrlə davam edib.

Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, onları hərbi xidmətə həvəsləndirmə, milli maraqlarımızın qorunmasında gənclərin fəal iştirakı, sağlam düşüncəli gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla gənclər siyasətinə töhfə verilməsidir.

“Marş İrəli” ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində Vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir. “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihədə gender bərabərliyi qorunmaqla 18-25 yaş arasında 100-dən artıq gənc iştirak hüququ qazanıb. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlarda, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcəklər.

Vətənə xidmət yalnız səngərdə xidmət etməkdən ibarət deyil. Məhz bu səbəbdən ali təhsil müəssisələrinin ilkin pillələrində təhsil alan gənclərin, o cümlədən xanım iştirakçıların da layihədə iştirakı prioritet olaraq götürülüb. Bu gün ölkəsini beynəlxalq arenada təmsil edən, milli maraqları qoruya bilən, təhsilini uğurla başa vurub ölkənin potensial insan kapitalına çevrilən hər bir şəxs cinsiyyətindən asılı olmayaraq Vətəninə sədaqətlə xidmət etmiş hesab olunur. Məhz bu gənclərin hərtərəfli formalaşması və xidmətə hazırlanması da layihənin məqsədlərindən biridir.

www.yenicag.az

2803
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS