!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Layihənin yekun variantında vətəndaş əlçatanlığını və məmnunluğunu təmin edəcək dəyişikliklərin olması...” - REAKSİYA

!Reklam – Yazi

“Siyasi partiyaların inkişafını sürətləndirməyin əsas yolu siyasi qütblər arasında etimad mühitinin yaradılmasından keçir”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə edilmiş dəyişikliklərə münasibət bildirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə partiyaların inkişafına və siyasətə yeni baxışa çox ciddi ehtiyac var:

“Siyasi partiyalar haqqında yeni qanun layihəsinin yekunda necə olacağını indidən söyləmək çətindir. Amma bütün hallarda bu sahədə vəziyyətin təkmilləşdirilməsi zəruridir. Şablon da çıxsa, deməliyik ki, hazırda ölkədə sadəcə sədrindən ibarət olan partiyalar da mövcuddur. Eyni zamanda, reallıq budur ki, siyasi həyatda dinamika yoxdur.

Ümumiyyətlə, partiyaların inkişafına və siyasətə yeni baxışa çox ciddi ehtiyac var. Yeni baxış dedikdə burada siyasi partiyaların ideoloji zəmində təmərküzləşməsindən söhbət gedə bilər. Yəni üç və ya dörd ideoloji zəmin əsasında təmərküzləşmənin baş verməsi mümkündür.

Hansı sahə olursa-olsun, həyata keçirilən dəyişikliklər vətəndaş üçün əlçatanlığın və məmnunluğun təmin edilməsinə hesablanmalıdır. Bəli, indiki dövrdə siyasi partiyaların inkişaf tempinin ürəkaçan səviyyədə olmadığı məlumdur. O baxımdan, siyasi partiyalar haqqında yeni qanun layihəsində hansı təkliflərin və necə nəzərə alınacağı bilinmir. Ancaq bu layihədə vurğuladığımız kimi, vətəndaş əlçatanlığını və məmnunluğunu təmin edəcək dəyişikliklərin olacağı istisna deyil.

Ən əsası, ölkədə siyasi partiyaların inkişafını sürətləndirməyin və siyasi sistemin təkmilləşdirilməsinin əsas yolu siyasi qütblər arasında etimad mühitinin yaradılmasından keçir. Biz bunu hər imkanda bəyan edirik”.

A.Zeynalov

COP29

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv