!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DANİB “Sağlam ailə dövlətimizin gələcəyidir” layihəsi çərçivəsində 4 seminar keçirdi - FOTO

!Reklam – Yazi

“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi (DANİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə icra etdiyi “Sağlam ailə dövlətimizin gələcəyidir” adlı layihə çərçivəsində Abşeron rayonunda 4 seminar-görüş keçirib.

Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan bələdiyyəsi və Abşeron rayon Heydər Əliyev Mərkəzində təşkil olunan seminarlarda Abşeron rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Xanım İmanova, Seymur Qasımov, Fəxriyyə Məmmədova, Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Samirə Qafarova və müxtəlif sahələrdə çalışan 100-dən çox sakin iştirak edib.

DANİB sədri Elməddin Behbud seminar iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Görüşlərdə bildirilib ki, layihənin məqsədi uşaqlarımızın və bütövlükdə gənc nəslin fiziki cəhətdən sağlam və mənəviyyatlı böyüdülməsində valideynlərin, xüsusi ilə analarının rolunun vacibliyini təbliğ etmək və bu sahədəki boşluqları nəzərə alaraq maarifləndirmə işini gücləndirmək, həmçinin, ailələrə ictimai dəstək verməkdən ibarətdir.

Seminarlarda psixoloq Muxtar Haşımzadə və Turan Balaşzadə maraqlı təqdimatla çıxış ediblər. Sonra seminar iştirakçıları mövzu haqqında diskussiya aparıb və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, seminar iştirakçılarına DANİB-in layihə çərçivəsində hazırladığı buklet və kitabça paylanılıb, onların hər birinə sertfikat təqdim olunub.

COP29

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv