“İRƏLİ” jurnalistləri mükafatlandırdı – FOTO

media-hightechnic-468x90

11774365_1042910009082205_478795711_n“İRƏLİ” İctimai Birliyi jurnalistləri mükafatlandırıb.

Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə “İRƏLİ” İctimai Birliyi media təmsilçilərilə görüş keçirib.

“İRƏLİ” İB-in rəhbəri MirHəsən Seyidov mətbuatın cəmiyyətin həyatındakı rolundan, həmçinin kütləvi informasiya vasitələrilə qurum arasındakı sıx əlaqələrdən də danışıb.

Qeyd edilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Daha sonra isə MirHəsən Seyidov tərəfindən mətbuatla bağlı görülən işlərə dair hesabatı diqqətə çatdırıb. Qeyd edək ki, İrəli ictimai Birliyi artıq bir illik fəaliyyətində 45-dən çox KİV-lə əməkdaşlıq edib.

MirHəsən Seyidov bir daha jurnalistləri təbrik edib.

Daha sonra Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə “İRƏLİ” İctimai Birliyi tərəfindən hədiyyələr təqdim olunub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600