“İrəli”dən müstəqilliklə bağlı videoçarx

media-hightechnic-468x90

ireli-secki_2014062759Müstəqillik günü ilə bağlı videoçarx hazırlanıb

Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. SİA-nın məlumatına görə, “İRƏLİ” İctimai Birliyi və İRƏLİ Production Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə maraqlı video hazırlayıb.

Videoda gənc bir qızın Bakı şəhərini gəzərək, şəhərin sakitçiliyindən, insanlarımızın tolerantlığından bəhs edir. Digər ölkələrdə bir çox problemlər olsa da, Azərbaycanın bu gün müstəqil ölkə olaraq formalaşmasıyla yanaşı, sülh şəraitində yaşadığı bəhs edilir. Video Ümummilli Lider Heydər Əliyevin sözləriylə bitir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Müstəqilliyinin 23 yaşı mübarək, Azərbaycan! Videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600