!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəli”nin keçirdiyi intellektual yarışların qalibləri müəyyənləşdi - FOTOLAR

!Reklam – Yazi

“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

17.11.18 tarixində “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Ağdaş, Ucar, Yevlax, Göyçay, Zərdab, Mingəçevir şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran iqtisadi rayonu üzrə zona turniri Mingəçevir şəhərində keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Mingəçevir şəhər İcra Haкimiyyətinin başçısının 1-ci müavini İlham İsmayılov, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.

18.11.18 tarixində Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux,Tovuz şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turniri Şəmkir şəhərində keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov Şəmkir şəhərində gənclərlə bağlı atılan addımlar haqqında məlumat verib, sonda layihə iştirakçılarına uğurlar arzulayıb.

Hər iki iqtisadi rayon üzrə baş tutan zona turnirində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib. Çıxış edən M.Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, dövlət proqramından, intellektual yarışların gənclər üçün əhəmiyyətindən danışıb və sonda layihə iştirakçılarına uğurlar arzulayıb.

4 intellektual oyunu (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) əhatə edən layihədə Aran iqtisadi rayonu üzrə zona turnirində “Vətəni tanı” intellektual oyununda Yevlax, “Xəmsə”intellektual oyununda Ucar, ,”Axtar-tap”,”Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Mingəçevir şəhərinin gənc intellektualları qalib olublar.

Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turnirində “Xəmsə”, “Vətəni tanı”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Gəncə şəhərinin, “Axtar-tap” intellektual oyununda Tovuz rayonunun gənc intellektualları qalib olublar

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək./news.day.az/

www.yenicag.az

2248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv