!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatdı - FOTO

!Reklam – Yazi

“İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclər üçün “Qızıl Yardım” layihəsi başa çatıb.
Birliyin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd gənclər və gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə baş verə biləcək bədbəxt hadisələrə hazırlıqlı olmasını təmin etməkdir. 5 gün davam edən layihədə xüsusi proqram çərçivəsində gənclərə ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, qanaxma, şok, huşunu itirmə, koma, yaralanma, kəllə-beyin travmaları haqqında ətraflı məlumatlar verilərək, ilk yardım müdaxiləsi vərdişləri aşılanıb.
“İrəli” İctimai Birliyinin ofisində keçirilən bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediliblər. Qeyd edək ki, təlim proqramını uğurla başa vurmuş gənclər növbəti fəaliyyət müddətində təlimçi kimi formalaşaraq, Birliyin hərbi vətənpərvərlik istiqamətində həyata keçirdiyi düşərgələrdə Sağlamlıq Mərkəzinin təlimatçısı kimi iştirak edəcəklər.

COP29

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv