!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəli” İB-nin SAY layihəsi gəncləri birləşdirir, komanda yaradır - FOTO

!Reklam – Yazi

“İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti “SAY:Unity” layihəsi baş tutub.

Açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyəsinin artırılması istiqamətləri üzrə təlimlər keçirilib. Komanda quruculuğu haqqında danışılarkən “Effektiv komandanın səciyyəvi xüsusiyyətləri, Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya” haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.

“İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan “SAY: Unity” layihəsi “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir. Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda (“Alov”, “Muğam”, “Kəpəz”, “Nar”, “Qobustan” və “Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin produktiv olması əsas məqsəd olub və  çərçivəsində  praktiki sessiya: komanda təqdimatları baş tutub və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin növbəti günlərində  Hiking və həmrəylik oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

Düşərgə müddətində “İrəli” İctimai Birliyin sədri MirHəsən Seyidov gənclərlə birlikdə olub və  öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib. “Ölkə başçısı hər zaman gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir”-deyə, sədr bildirib.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi bundan öncə  də hər il “SAY: Support of Azerbaijan Youth”  hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, “SAY:Multikulturalizm”, “SAY:Volunteering Festival”, “SAY:Solidarity”, “SAY:All Star” və  “SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb.

COP29

www.yenicag.az

1508
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv