!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan bunu qəbul etdi: Bakı Cənubi Qafqazda yeni reallıqlar yaratdı

!Reklam – Yazi

“Əgər sadalanan amilləri yerinə yetirsələr, nə Fransa, nə də digər Qərb ölkəsi Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistana maneə yarada bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün vacib amil sayılan delimitasiya prosesinin başlanmasının müqavilənin imzalanması perspektivinə təsirindən danışan politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya məsələsi çərçivəsində işlərin başlanması hər iki ölkənin qətiyyətli mövqedə dayanmasının vacib olduğunun göstəricisidir.
“Yəni təkbətək görüşlər həm Azərbaycan, həm də Ermənistan baxımından hər iki tərəf üçün daha məqsədəuyğundur. Kənar qüvvələr yalnız proseslərin ləngiməsinə xidmət edən addımlar ata bilər. Bunu istər 30 illik işğal dövründə, istərsə də hazırkı proseslərdə dəfələrlə müşahidə etmişik”, – deyə o əlavə edib.

Politoloq, eyni zamanda, bildirib ki, artıq İrəvan, Bakının Cənubi Qafqazda yeni reallıqlar yaratdığını qəbul edib:

“Ermənistan, Azərbaycanla münasibətləri gərgin fazada saxlamağın özü üçün yalnız mənfi tendensiya vəd etdiyini anlayır.

Delimitasiya prosesi çərçivəsində artıq dirəklərin basdırılması bu işin ciddiliyini göstərdi. İndiki dövrdə sülhə aparan yolun daha da qısaldılması üçün Ermənistan hakimiyyəti konstitusiyadakı ərazi iddialarına dəyişiklik etməlidir. Eyni zamanda qondarma “erməni soyqırımı”ndan əl çəkməlidir. Əgər sadalanan amilləri yerinə yetirsələr, nə Fransa, nə də digər Qərb ölkəsi Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistana maneə yarada bilməz”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv