İrəvan merinin adı korrupsiyada HALLANDI – Paşinyan öz kadrını KƏNARLAŞDIRIR

media-hightechnic-468x90

 

Aprelin 2-də Ermənistanın Baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətdə keçirilən Antikorrupsiya Siyasəti Şurasının növbəti iclasında diqqətçəkən bir vəziyyət yaşanıb. Qeyd edilir ki, gündəlikdə korrupsiyanın qarşısının alınması sahəsində görülən işlərin təqdimatı yer alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Korrupsiyanın Qarşısının Alınması Komissiyasının sədr vəzifəsini icra edən Mariam Qalstyan korrupsiya risklərinin qiymətləndirilməsi və idarəetmə sistemində pilot metodologiyaların tətbiqi, qanunvericilik tənzimləmələri, etik davranışların araşdırılması sistemi üzrə qanunvericilik paketinin qəbulu və ümumi meyllər barədə məruzə edib.

“Joqovurd” qəzetinin mənbələrinin verdiyi məlumata görə, həmin görüş zamanı vətəndaş cəmiyyəti sektorunun nümayəndələrindən biri bildirib ki, korrupsiya ilə bağlı müzakirə olunan məsələlər, əslində, “boş sözlər”dən ibarətdir və daha doğru olar ki, hazırda hakimiyyət daxilində ən tanınmış fiqurlardan biri olan İrəvan meri Tiqran Avinyanın korrupsiya mexanizmlərində iştirakı məsələsi gündəmə gətirilsin və məhz onunla bağlı məsələ müzakirə edilsin. Lakin Nikol Paşinyan bu bəyanata heç bir reaksiya verməyib və məsələni heç bir formada müzakirəyə çıxarmayıb.

Qəzetin yazır ki, onlar bu məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirməyə çalışıb.

Bu məqsədlə həmin iclasda iştirak edən Ermənistan parlamentinin Hakim “Vətəndaş Müqaviləsi” (VM) fraksiyasının deputatı Rüstəm Bakoyanla əlaqə saxlanılıb. Deputat qəzetə açıqlamasında bu bəyanatı ilk dəfə eşitdiyini bildirib.

Qeyd edək ki, siyasi dairələrdə yayılan məlumatlara görə, Tiqran Avinyanın başı üzərində “qara buludlar” toplanmaqdadır və görünür ki, Nikol Paşinyan yaxın zamanlarda onunla ciddi şəkildə “məşğul olmağı” planlaşdırır. Çünki sentyabr ayında hakim “Vətəndaş Müqaviləsi” Partiyası yeni idarə heyətini seçəcək və Paşinyan “avinyançı qanadı” neytrallaşdırmağı qarşısına məqsəd qoyub.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600