Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İrəvanda etiraz aksiyası yenidən başladı - Hərbçilər də qoşuldu - FOTO / YENİLƏNDİ

İrəvanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarına hərbi geyimdə şəxslər qoşulub.

Yenicag.az bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, həmin şəxslər Dağlıq Qarabağdan, ön cəbhədən gəldiklərini deyiblər.

***

17:14

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

Yenicag.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar Azadlıq meydanına toplaşmağa başlayıb.

Qeyd edək ki, ötən gün keçirilmiş aksiya zamanı onlarla şəxs saxlanmışdı.

Eyni zamanda, ötən gün məhkəmənin qərarı ilə sərbəst buraxılmış müxalifət lideri Qagik Tsarukyan yenidən ifadə vermək üçün Xüsusi İstintiaq Xidmətinə çağırılıb.

www.yenicag.az

293