!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda GƏRGİN SAATLAR: “Paşinyan rejimi ordunu zəiflətməyə və zabitləri hədəf almağa başladı”

!Reklam – Yazi

Paşinyan hakimiyyətinin illəri tarix səhifələrində yalnız qara rənglərlə xatırlanacaq – rüsvayçı məğlubiyyət, minlərlə itki, ardıcıl güzəştlər, ölkənin sütununun sarsılması və məğlubiyyət şərtlərini təsdiqləyən üçtərəfli bəyanat.

Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Qəzet yazır ki, eyni zamanda, müəyyən mənada müharibədən sonrakı vəziyyət bu qədər fəlakətli olmaya bilərdi, əgər heç olmasa hakimiyyət 10 noyabr bəyanatının şərtlərini yerinə yetirilsəydi:

“Dağınıq şəraitə baxmayaraq, “Artsax” (Ermənilər Qarabağı belə adlandırırlar – red.) mövcudluğunu davam etdirə bilərdi. Ancaq Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdı və biz “Artsax”ı itirdik. Praqa razılaşması Ermənistan üçün ikinci böyük kapitulyasiya idi, hətta 10 noyabr məğlubiyyətindən də daha ağır”.

Bundan əlavə, KİV-in məlumatına görə, yolların açılması məsələsi sülh müqaviləsinin gündəliyindən çıxarıldığı üçün sazişin imzalanmasından sonra bu məsələ ayrıca razılaşma ilə həll ediləcək:

“Hakimiyyət cəmiyyəti manipulyasiya etməyə çalışır ki, guya yol məsələsini müqavilədən çıxarmaq onların diplomatik qələbəsidir, ancaq insanlar bunun belə olmadığını görürlər. Azərbaycan və Türkiyə isə Ermənistanın onlara suveren dəhliz verməsini tələb edirlər, yəni İrəvan həmin marşrut üzərində heç bir hüquqa malik olmamalıdır. Paşinyanın son bəyanatları isə onun belə bir yola qarşı olmadığını göstərir. Hətta Nikol Paşinyan məğlubiyyəti hələ də müsbət təqdim etməyə çalışır və iddia edir ki, 44 günlük müharibədə məğlub olmaqla Ermənistan suveren dövlət olmaq fürsəti əldə edib. Yəni belə çıxır ki, əgər uduzmasaydıq, suverenliyimiz olmayacaqdı? Bəs bu suverenlik nədə ifadə olunur? Hakimiyyətin məntiqinə görə, yalnız Rusiyanın regiondan çıxması ilə. Əslində isə Rusiyanın mövqeyinin həddən artıq zəifləməsi Ermənistanın maraqlarına uyğun deyil”.

Nəşrin analitiklərinin fikrincə, hakimiyyətə gələn kimi Paşinyan rejimi ordunu zəiflətməyə və zabitləri hədəf almağa başladı:

“Hakimiyyətin əsas simaları isə açıq şəkildə bildirirdilər ki, onların inqilabı Qarabağ müharibəsində qazanılan “qələbə”dən daha önəmlidir. Daha sonra 2021-ci ilin seçki kampaniyasında Paşinyan qürurla məğlubiyyəti ilə fəxr etdiyini bildirdi. Ümumiyyətlə, xalqlar, adətən, onları qələbəyə aparan liderləri seçir, məğlubiyyətə və təslimiyyətə sürükləyənləri yox. Təəccüblüdür ki, erməni cəmiyyəti hələ də xalqı qorxudaraq onun ruhunu sındıran bu cür insanlara dözür”.

Rafi Müslümov

www.yenicag.az

82
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv